Los Ancelesdəki yanğınlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq
Agah.az xəbər verir ki, Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, yanvarın 7-dən Los Ancelesin qərbində başlayan yanğınlarla əlaqədar Konsulluğun sosial media hesablarında xəbərdarlıq elanları və təcili əlaqə nömrəsi paylaşılmışdır. Eyni zamanda, təhlükəsizlik təlimatları ilə tanış olmaq üçün müvafiq internet səhifəsinə keçid təqdim edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45