“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi
Agah.az xəbər verir ki, Prezident İlham Əliyev “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edən və bu çərçivədə bir sıra məsələləri tənzimləyən fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etmək tapşırılıb.
Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə dövlət informasiya ehtiyatlarının formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi qaydalarından irəli gələn tədbirlərin icrasını həyata keçirmək həvalə olunub.
Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələlərin həllini təmin edəcək. Bundan əlavə, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın bəzi müddəaları ləğv edilib.
Açar sözlər: Milli Məkan Məlumatları, İlham Əliyev fərman, Hökumət buludu, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi, informasiya sistemi, fərman təsdiqi.
(055) 436-46-45