DİM əməkdaşlarının tibbi sığortalanması üçün 220 000 manat ayrılıb
Agah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının və onların ailə üzvlərinin tibbi sığortalanması ilə bağlı elan etdiyi tenderin qalibi “Meqa Sığorta” ASC olub.
Tender nəticəsində qalib şirkətə 220 000 manat ödənilməsi nəzərdə tutulub. Xatırladaq ki, ötən il də DİM əməkdaşlarının tibbi sığortalanması üçün eyni şirkət seçilmiş və bu məqsədlə “Meqa Sığorta”ya 182 240 manat ödənilmişdi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45