Naxçıvanda sürücünün qəfil halı pisləşməsi zəncirvari qəzaya səbəb oldu
Agah.az xəbər verir ki, Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində zəncirvari qəza baş verib. Hadisəyə səbəb Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Namiq Qəzənfər oğlu Məmmədovun sükan arxasında halının qəfil pisləşməsi olub.
Sürücü avtomobilə nəzarəti itirərək qəza törədib. Nəticədə “Mercedes”, “Hyundai” və “Chevrolet” markalı avtomobillər bir-birinə çırpılıb. Halı pisləşən sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Naxçıvan qəza xəbərləri, sürücünün halı pisləşdi, zəncirvari qəza, Naxçıvan-Şahbuz magistral yolu, yol-nəqliyyat hadisəsi.
(055) 436-46-45