Lənkəranda sel suları evlərə dolub – FOTO
İntensiv yağışlar Lənkəranda bir sıra fəsadlar törədib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, bölgədə yağan yağışlar nəticəsində Lənkərançay məcrasından çıxıb.
Əsasən, Sütəmurdov kəndi və çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub. Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45