Beş saniyə fərqlə pakistanlı ölümdən yan keçib
Agah.az xəbər verir ki, Bakının Səbail rayonu, Süleyman Tağızadə küçəsində yaşayış binasında təmir işləri üçün quraşdırılmış yük qurğusu qırılaraq yaxınlıqdakı avtomobil və motosikleti yararsız hala salıb.
Hadisə nəticəsində motosikleti ciddi zərər görən Pakistan vətəndaşı təhlükədən yalnız bir neçə saniyə ilə xilas olub. O, baş verənləri belə şərh edib:
“Burada dostumun yanına gəlmişdim. Tikinti şirkəti təhlükəsizlik qaydalarına əməl etmir. Bu gün mən ölə bilərdim. Sadəcə 5 saniyə fərqi ilə həyatım xilas oldu. Çox şükür ki, sağam.”
Məlumata görə, hadisənin baş verdiyi ərazidə əvvəllər də oxşar problemlər yaşanıb.
Binanın 13-cü mərtəbəsində təmir işləri aparan mənzil sahibi isə bildirib ki, zərərçəkənə dəyən bütün ziyanı ödəməyə hazırdır.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, liftin qırılması nəticəsində moped və avtomobilin zədələnməsi ilə bağlı araşdırma başladılıb.
Açar sözlər: Səbail rayonu, yük qurğusu, lift qəzaları, təhlükəsizlik qaydaları, avtomobil zərəri, motosiklet qəzası, araşdırma, DİN.
(055) 436-46-45