Trampın ABŞ və Kanadanın birləşdiyi xəritəni paylaşması müzakirələrə səbəb olub
Agah.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Kanadanın ABŞ-yə birləşdirilməsi təqdirdə ölkənin necə görünəcəyini göstərən bir xəritəni “Truth” sosial şəbəkəsində paylaşıb.
Xəritədə Kanada və ABŞ eyni rəngdə təsvir edilib və üzərinə “Amerika Birləşmiş Ştatları” ifadəsi yazılıb. Bu paylaşım Trampın Kanadanın ABŞ-nin 51-ci ştatı olması ilə bağlı fikirlərini ifadə etməsindən sonra gəlib.
Tramp iddia edib ki, Kanadanın ABŞ-yə birləşməsi ölkəyə iqtisadi sabitlik gətirər, həmçinin Rusiya və Çin kimi xarici təhlükələrdən qoruyar. O, hətta əksər kanadalının belə bir birləşməni dəstəklədiyini qeyd edib.
Bu paylaşım həm ABŞ, həm də Kanadada böyük rezonans doğurub və geniş ictimai müzakirələrə səbəb olub.
Açar sözlər: Donald Tramp, Kanada ABŞ birləşməsi, 51-ci ştat, iqtisadi sabitlik, xarici təhlükələr, Truth sosial şəbəkəsi, ABŞ siyasəti.
(055) 436-46-45