Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı rəsmi açıqlama
Agah.az xəbər verir ki, Azərbaycana məxsus üç gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı Dövlət Dəniz və Liman Agentliyi (DDLA) rəsmi açıqlama yayıb.
Agentliyin mətbuat katibi Pərvanə İmanova bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində “Caspian Marine Services B.V.” şirkətinə məxsus gəmilərin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanıldığı barədə DDLA-ya məlumat daxil olub. Bu xəbər daxil olan kimi, Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə məlumat verilib və məsələ ilə bağlı Eritreyanın aidiyyəti qurumlarına, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT) rəsmi müraciətlər ünvanlanıb.
Digər tərəfdən, uzaq səfərlər kapitanı Səyyar Quliyev bildirib ki, heyət iki aya yaxındır ac-susuz girov saxlanılır. Gəmilərin havanın küləkli olması səbəbindən Eritreya sahillərinə yönəldiyi və bu zaman saxlanıldığı qeyd edilib.
Hazırda məsələ araşdırılır və Azərbaycan tərəfi hadisənin həlli üçün beynəlxalq səviyyədə fəaliyyətini davam etdirir.
Açar sözlər: Azərbaycan gəmiləri, Afrikada saxlanılma, Eritreya sahilləri, Caspian Marine Services, Dövlət Dəniz və Liman Agentliyi, beynəlxalq araşdırma, gəmi heyəti.
(055) 436-46-45