Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq həyatını itirib
Agah.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin altıncı mikrorayonunda baş verib. 1949-cu il təvəllüdlü Zamiddin Həbibov yaşadığı doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. Təəssüf ki, o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45