İlham Əliyev: “Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”
Agah.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan ilə ABŞ arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsinin mümkünlüyünü qeyd edib.
“Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik,” – deyə dövlət başçısı vurğulayıb.
Prezident, həmçinin keçmiş ABŞ Prezidenti Donald Trampın açıqlamalarını yüksək qiymətləndirərək, onların Azərbaycan ictimaiyyəti tərəfindən bölüşüldüyünü qeyd edib:
“Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Ona görə ümidlər böyükdür və Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq.”
(055) 436-46-45