Özbəkistan Prezidenti ABŞ-də səfərdədir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcəyi ABŞ-nin Nyu-York şəhərinə gəlib.
AGAH.AZ xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilib.
Məlumata görə, Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək və regional, habelə qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim edəcək.
Qeyd olunub ki, beynəlxalq siyasi tədbir çərçivəsində həmçinin Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin sammiti, xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçiriləcək.
(055) 436-46-45