Həkim: Ukraynada metapnevmovirusa 13 yoluxma qeydə alınıb

Həkim: Ukraynada metapnevmovirusa 13 yoluxma qeydə alınıb
Dostuna göndər xəbərdən agah olsun:

Ukraynada ilin əvvəlindən metapnevmovirusa 13 yoluxma qeydə alınıb.

Bu barədə Ümumkrayna Yoluxucu Xəstəliklər Assosiasiyasının prezidenti, professor Olqa Qolubovskaya sosial şəbəkədə yazıb.

“Mövsümün əvvəlindən Ukraynada 13 rəsmi təsdiqlənmiş hal qeydə alınıb, təbii ki, faktiki olaraq daha çoxdur”, – o qeyd edib.

Onun sözlərinə görə, virus yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər və gənc uşaqlar, yaşlılar və zəif immun sistemi olanlarda yoluxma riski yüksəkdir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45