Naxçıvanda təcili tibbi yardıma zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub

Naxçıvanda təcili tibbi yardıma zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub
Dostuna göndər xəbərdən agah olsun:

Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ümumilikdə zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub.

 

Bu barədə  Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, həmin müddətdə Naxçıvan şəhərində 18, muxtar respublikanın rayonlarında 20, ümumilikdə, 38 nəfərdə zəhərlənmə səbəbi ilə müraciət daxil olub.

 

Müraciət edənlər əsasən dəm qazı və qidadan zəhərlənənlər olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45