Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti bahalaşıb.
AGAH.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,02 % artaraq 100,56 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45