Abşeron yol polisi əməkdaşı ilə bağlı rüşvət iddiası: vətəndaşdan 500 AZN tələb edilib
Agah.az xəbər verir ki, Abşeron Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Vasif adlı polis inspektoru ilə bağlı ciddi iddialar gündəmə gəlib. Şikayətçi vətəndaşın sözlərinə görə, adıçəkilən inspektor 99-YP-631 dövlət nömrə nişanlı patrul avtomobili ilə onun avtomobilini saxlayaraq ötmə işığından istifadə etmədiyi üçün avtoxuliqanlıq ittihamı ilə avtomobilini cərimə meydançasına yerləşdirib.
Daha sonra polis əməkdaşı şikayətçini Xırdalan dairəsində patrul maşınına dəvət edərək ondan 500 AZN məbləğində rüşvət tələb edib. Bildirilib ki, tələb olunan məbləğ ödənilmədiyi halda avtomobil cərimə meydançasından çıxarılmayacaq və heç bir tədbir görülməyəcək.
Şikayətçinin sözlərinə əsasən, danışıqlar patrul avtomobilində quraşdırılmış video qeydiyyat cihazı vasitəsilə qeydə alınıb. Hadisədən artıq 24 saat keçməsinə baxmayaraq, nə cərimə yazılıb, nə də avtomobil geri qaytarılıb.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib və müvafiq orqanların rüşvət iddiasını araşdırması gözlənilir.
(055) 436-46-45