AZAL təyyarəsinin qəzasında yaralanan 18 sərnişin xəstəxanada qalır
Agah.az xəbər verir ki, Aktau yaxınlığında baş verən AZAL aviaşirkətinə məxsus təyyarə qəzasından sonra 18 sərnişin Manqıstau vilayət xəstəxanasında müalicə alır.
Qazaxıstan KİV-lərinə istinadən yayılan məlumata görə, xəstəxananın tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova bildirib ki, xəstələrdən beşi reanimasiyadadır. Dördü ağır, bir qadın isə son dərəcə ağır vəziyyətdədir.
Həkimin verdiyi məlumata əsasən, sərnişinlərdə daha çox sınıqlar, qarın boşluğu və ağciyər travmaları, eləcə də açıq və qapalı kəllə-beyin travmaları qeydə alınıb.
Ümumilikdə, qəza nəticəsində xəstəxanaya 27 nəfər yerləşdirilib. Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb. Qalan sərnişinlər – Azərbaycan və Qırğızıstan vətəndaşları hələ də müalicə üçün Manqıstau xəstəxanasında qalmaqdadır.
Açar sözlər: AZAL təyyarə qəzası, Aktau yaxınlığı, sərnişin yaralanmaları, Manqıstau vilayət xəstəxanası, ağır vəziyyət, beynəlxalq qəza.
(055) 436-46-45