Şamaxıda 2 qadına kəsici-deşici alətlə xəsarət yetirilib, saxlanılan var
Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45