Əziz Orucovun məhkəməsi başlayıb

Əziz Orucovun məhkəməsi başlayıb
Dostuna göndər xəbərdən agah olsun:

“Kanal 13″ün rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Əziz Orucovun vəkili Fəxrəddin Mehdiyev vəsatət verərək onun barəsində cinayət işinə xitam verilməsini xahiş edib.

Onun digər vəkili Bəhruz Bayramov isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə heç bir vəsatətin təmin edilməməsini qərara alıb.

Məhkəmənin baxış iclası yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra 206.3.2-ci maddəyə xitam verilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45