Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib

Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib
Dostuna göndər xəbərdən agah olsun:

Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis əməkdaşları Bakı şəhər sakini olan bir nəfərin 24 min manatını, digər şəxsin isə 12 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı A.Qasımov, 48 yaşlı R.Əliyev və 50 yaşlı E.Vəliyevi müəyyən edərək saxlayıb.

Sumqayıt şəhərində isə bir nəfərin 5 min 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı N.Abdullayeva və 26 yaşlı S.Abdullayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45