Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb

Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb
Dostuna göndər xəbərdən agah olsun:

Güclü qar və külək Bosniya və Herseqovinada onminlərlə evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

 

Agah. Az“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) Bosniya dövlət enerji şirkətinə istinadən məlumat yayıb.

 

“Güclü yağan qar səbəbindən elektrik xətləri zədələnib”, – məlumatda bildirilib.

 

Bosniya və Herseqovinanın bəzi rayonlarında hökumət dəmir yolu əlaqəsini tamamilə dayandırıb. Qonşu Xorvatiya və Serbiyada da nəqliyyatın işində fasilələr qeydə alınıb.

 

Məlumatda qeyd olunub ki, Balkan yarımadasında avtomobillə səyahətlərdən imtina etmək barədə xəbərdarlıq qüvvədədir, çünki qar yığınları səbəbindən yarımada ölkələrinin hökumətləri bir neçə əsas yolu bağlamağa məcbur olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45