Türkiyədən Suriyaya 25 mindən çox qaçqın qayıdıb
Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən 25 mindən çox qaçqın vətənlərinə qayıdıb.
Agah.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
“Dekabrın 8-dən Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən 25 mindən çox qaçqın vətənlərinə qayıdıb.
Son məlumatlara görə, Türkiyədə qanuni əsaslarla yaşayan 4,1 milyon əcnəbidən 2 milyon 920 mini suriyalıdır”, – nazir vurğulayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45