“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclasının vaxtı məlum olub

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclasının vaxtı məlum olub
Dostuna göndər xəbərdən agah olsun:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun dekabrın 25-də videokonfrans formatında növbəti iclası keçiriləcək.

Agah.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin icra vəziyyətinin, həmçinin 2025-ci il üzrə Yol Xəritəsinin layihəsinin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, bu indikator ilə bağlı İntensiv Kommunikasiya Planında nəzərdə tutulan tədbirlərin icrası haqqında məlumat veriləcək və qarşıda duran çağırışlara dair müzakirələr aparılacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45