Polşanın elm və ali təhsil naziri istefa verib
Polşanın elm və ali təhsil naziri, “Solçular” partiyasından olan Dariuş Veçorek istefa verib.
Bu barədə Veçorek Seymdə (Polşa parlamentinin aşağı palatası) keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd olunur ki, bu qərara səbəb onun vergi bəyannaməsində etibarlı olmayan məlumatlar əks etdirməsi ilə bağlı mətbuatda yayılanlarla əlaqədar yaranmış qalmaqal və universitetlərdən birinin işindəki pozuntular barədə məlumat verən anonim mənbənin adını açıqlaması olub.
“Son həftələr KİV-də yayılan xəbərlər, mənə və nazirliyə qarşı olan təhqir dalğasına görə çox çətin keçdi. Mən öz yaxşı adımı müdafiə edəcəyəm, bütün bu məsələləri izah edəcəyəm, amma bu xəbərlərin və başıma gələnlərin Polşa elminin inkişafına və koalisiyanın işinə hər hansı bir şəkildə təsir etməsini istəmirəm”, – o əlavə edib.
“Solçular”ın liderlərindən biri Vlodzimej Çajastı qeyd edib ki, Veçorekin istefası Donald Tusk hökumətinin tarixində ilk belə haldır, lakin bu hadisə hakim koalisiyanın birliyinə təsir etməyəcək.
(055) 436-46-45