Yasamal rayonunda yeni park salınacaq: Tarixi məhəllələr də plana düşüb

Yasamal rayonunda yeni park salınacaq: Tarixi məhəllələr də plana düşüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni parkın salınması məqsədilə abadlıq işləri və köhnə tikililərin sökülməsi üçün hazırlıqlara başlanılacağı barədə məlumatlar yayılıb. Layihənin əsasən Mərkəzi Parkın genişləndirilməsi çərçivəsində həyata keçiriləcəyi və S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrini əhatə edəcəyi bildirilir.

Həmçinin söküntü prosesinin keçmiş “Sovetski” adlanan və ya Bayırşəhər kimi tanınan ərazilərin bir hissəsini də əhatə edəcəyi qeyd olunur. Bu, şəhərin tarixi mərkəzi hesab edilən bəzi məhəllələrin də plana daxil edilməsi anlamına gəlir. Lakin Bakının Baş planında tarixi mərkəzin qorunması vəd edilir. Sosial şəbəkələrdə isə bu ərazilərdə artıq ölçmə işlərinin başladığı iddia edilir.

Məlumata görə, Nizami, Süleyman Tağızadə, Lev Tolstoy, Mirzə Fətəli Axundzadə, Rza Quliyev, Murtuza Muxtarov, Zərgərpalan, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Çingiz Mustafayev, Abdulla Şaiq, Səid Rüstəmov və Nabat Aşurbəyova küçələrini əhatə edən tarixi məhəllələrin sökülməsi nəzərdə tutulub.

Bu ərazilərdə yaşayanlara mənzillərinin hər kvadrat metri üçün 3000 və 2200 manat arasında kompensasiya təklif olunduğu iddia edilir. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilsə də, hələlik rəsmi açıqlama verilməyib.

Açar sözlər: Yasamal rayonu yeni park, Bakının tarixi məhəllələri, Mərkəzi Park genişlənir, köhnə tikililər sökülür, Sovetski ərazisi, Bakı Baş plan, kompensasiya məbləği.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45