FHN rəsmisi: Şadlıq evinin anbarında baş verən yanğın zamanı xəsarət alan yoxdur

FHN rəsmisi: Şadlıq evinin anbarında baş verən yanğın zamanı xəsarət alan yoxdur
Dostuna göndər xəbərdən agah olsun:

Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın zamanı xəsarət halı ilə bağlı hər hansı fakt qeydə alınmayıb.

“Report” xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimayyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

“Hazırda kanstruksiyaların sökülmə işləri həyata keçirilir. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır”, – deyə o qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45