Bakıda avtomobil qəzasında yaralanan piyada xəstəxanada vəfat etdi
Agah.az xəbər verir ki, dekabrın 14-də Bakının Nərimanov rayonu, Z.Bünyadov prospektində “Hyundai” markalı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. Hadisə “Çingiz Xan” restoranının qarşısında baş verib.
Ağır yaralanan R.Əliyeva dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, dörd gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45