Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dostuna göndər xəbərdən agah olsun:

Gələn ilin yanvar ayının 29-na təyin edilən bələdiyyə seçkilərində daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45