Gəncədə zəncirvari qəza: Xəsarət alan var

Dostuna göndər xəbərdən agah olsun:

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobilin sürücüsü “Opel” markalı digər avtomobili ötmək istəyərkən hərəkətdə olan motosikletə çırpılıb. Sonuncu aşaraq yol kənarında dayanan “Hyundai” markalı maşına dəyib.

Hadisə zamanı motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45