“TuranBank” yeni Fəvvarələr şöbəsini müştərilərin istifadəsinə verdi – FOTO
“TuranBank” özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni Fəvvarələr şöbəsini müştərilərin istifadəsinə verib. Baş tutan rəsmi açılış mərasimində bankın rəhbər şəxsləri iştirak ediblər.
Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən yeni şöbə müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin kredit istisna olmaqla, bütün növ bank məhsul və xidmətlərindən daha operativ və rahatlıqla istifadəsini təmin edəcək. Bütün zəruri imkanlara malik olan Fəvvarələr şöbəsi ənənəvi və rəqəmsal bank xidmət və məhsullarının müştərilər üçün əlçatan olmasına şərait yaradacaq. Rəqəmsallaşma strategiyasına əsasən “TuranBank” müştərilərini elektron və mobil bankçılıq həlləri ilə davamlı olaraq təmin etməyi hədəfləyib.
Qeyd edək ki, “TuranBank”ın Fəvvarələr şöbəsi həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir.
Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən “TuranBank”ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb-səhifəsini və ya sosial şəbəkələrdəki (“Facebook”, “Instagram” və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
“TuranBank”
Bizimlə etibarlıdır..
(055) 436-46-45