22 yaşlı Sərxan Əliyev qətl törətdiyinə görə 17 il həbs cəzası aldı

22 yaşlı Sərxan Əliyev qətl törətdiyinə görə 17 il həbs cəzası aldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Abşeron rayonunda dostunu öldürməkdə ittiham edilən Sərxan Əliyevin məhkəmə prosesi başa çatıb.

Hadisə zamanı 22 yaşlı Sərxan Əliyev və 40 yaşlı Zaur Seyfullayev Məmmədli qəsəbəsində yerləşən evdə spirtli içki qəbul ediblər. İçki məclisi zamanı onların arasında yaranan mübahisə münaqişəyə çevrilib. İttihama görə, Sərxan Əliyev Zaur Seyfullayevi yumruqla baş nahiyəsindən vuraraq öldürüb. Cinayətin izini gizlətmək məqsədilə o, meyiti basdırıb.

Lakin hadisənin üstü qısa müddət ərzində açılıb və meyitin basdırıldığı yer müəyyən edilərək aidiyyəti üzrə çıxarılıb.

Məhkəmə prosesində hakim Zeynal Ağayevin sədrliyi ilə Sərxan Əliyev “köməksiz vəziyyətdə şəxsi öldürmək” maddəsi ilə təqsirli bilinib və 17 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər: Abşeron qətli, Sərxan Əliyev, Zaur Seyfullayev, 17 il həbs, Məmmədli qəsəbəsi, məhkəmə qərarı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45