Xocalıda tarix boyu azərbaycanlılar yaşayıblar… – VİDEO
Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub. O, orta məktəbi Xocalıda oxuyub və burada da boya-başa çatıb.
Rayon təbiətinin əsrarəngizliyindən, orada yaşayan insanların həyat tərzindən söhbət açan V.Hüseynov bildirib ki, qohumları, ailə üzvləri hamısı Xocalıda doğulub, böyüyüblər.
Valeh Hüseynov deyib ki, Xocalıda tarix boyu azərbaycanlılar yaşayıblar.
Onun sözlərinə görə, Xocalı ermənilər tərəfindən işğal olunandan sonra bu yurdun əzəli sakinləri məcburi köçkünə çevrilib, öz evindən, yurdundan uzaq düşüblər.
Xocalı soyqırımı zamanı iyirmi yeddi gün erməni girovluğunda qalan V.Hüseynov azərbaycanlılara verilən əzab-əziyyətlərdən və işgəncələrdən də danışıb.
Qeyd olunub ki, Xocalı Azərbaycanın əzəli torpağı, qədim yurd yeridir. Ermənilər nə qədər beynəlxalq ictimaiyyəti aldatmağa çalışsalar da tarix öz sözünü deyir.
Mövzu ilə bağlı daha ətraflı “Xəzər TV”nin süjetində:
(055) 436-46-45