Ağdamda iki qardaş təhqiredici videoya görə həbs edildi
Agah.az məlumat verir ki, Ağdam rayonunda orta yaşlı bir kişini təhqir edərək ləyaqətini alçaldan və bunu videoya çəkən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Hadisə rayon sakini olan Elxan və Qənbər Quliyev (şərti ad-soyadlı) qardaşlarının həmyerliləri Aqil Verdiyevi çöllük əraziyə aldadaraq aparması ilə baş verib. Onlar Aqili yerə yıxaraq təhqiredici hərəkətlər edib və bütün bu əməllərini videoya çəkiblər.
Məlumata görə, Aqilin Elxanın həyat yoldaşı ilə münasibətdə olması hadisənin səbəbi olub. Elxan həyat yoldaşının telefonunda Aqildən gələn mesajları gördükdən sonra arvadını başqa yerə göndərərək qardaşı ilə birlikdə Aqili tələyə salıb.
Aqil əvvəlcə şikayət etsə də, sonradan şikayətini geri götürüb və Quliyev qardaşları ilə barışdığını bildirib. Lakin məhkəmə prosesi davam edib. Ağdam Rayon Məhkəməsinin çıxardığı hökmlə Elxan Quliyev 3 il 6 ay, Qənbər Quliyev isə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Açar sözlər: Ağdam, təhqiredici video, qardaşlar, ləyaqət alçaldılması, məhkəmə qərarı, həbs cəzası.
(055) 436-46-45