Şabranda narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı
Agah.az məlumat verir ki, Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan açıqlama verilib.
Məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıb. Onların üzərində aparılan axtarışlar zamanı təxminən 2 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Açar sözlər: Şabran, narkotik dövriyyəsi, Nicat Quliyev, G.Teymurova, polis əməliyyatı, heroin, marixuana.
(055) 436-46-45