Universitetlərdə təhsil haqları niyə bahadır? – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Dünya ölkələrində adətən dövlət universitetlərində təhsil haqları özəl təhsil ocaqları ilə müqayisədə xeyli aşağı olsa da, Azərbaycanda mənzərə fərqlidir.

Ölkəmizdə dövlət ali təhsil müəssisələrində qiymətlər  özəl universitetlərdən nəinki aşağıdır, bir çox hallarda, hətta yüksəkdir.

Maraqlıdır, dövlət universitetlərində təhsil haqları necə müəyyən olunur? Qiymətlərin yüksək olması təhsilin keyfiyyətinin göstəricisidirmi?

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərovanın sözlərinə görə, bu məsələdə müəllimin əməyi, ixtisasın perspektivliliyi, laboratoriyalarda tələbələrin istifadə etdiyi materiallar və başqa amillər nəzərə alınır.

Azərbaycan Tibb Universitetinin Tədris Departamentinin müdiri Kamandar Yaqubov qeyd edib ki, universitetin müxtəlif ixtisaslarına tələbələrin qəbul planının hazırlanması və təhsil haqqının müəyyənləşdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Elə Bakı Dövlət Universitetindən də bildirilib ki, ali təhsil müəssisəsində təhsil haqlarını Elm və Təhsil Nazirliyi müəyyən edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə deyilənlərlə razılaşmır. Ödənişi Nazirlər Kabineti və Tarif Şurasının qərarları əsasında universitetlərin özlərinin müəyyən etdiyini deyir.

Həmçinin Bakı Slavyan Universitetindən bildirilib ki, ödənişli ixtisaslar üzrə təhsil haqqının məbləği ixtisasdan asılı olaraq mövcud qanunvericiliyə uyğunlaşdırılır.

Ekspertlər isə təhsil haqlarının keyfiyyətə uyğun olmadığı fikrindədirlər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45