Beyləqanda ər-arvad dəm qazından zəhərlənib, kişi ölüb
Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.
Hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45