Ucarda dəhşət: 5 yaşlı Rüfətin qara paltarda meyiti tapıldı

Ucarda dəhşət: 5 yaşlı Rüfətin qara paltarda meyiti tapıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ucar rayonunun Qaradağlı kəndində 5 yaşlı Rüfət İsmayılovun bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı təfərrüatlar üzə çıxıb. Məlumata görə, ata nənəsinin himayəsində qalan azyaşlı uşaq hovuza düşərək boğulub.

Hadisə ilə bağlı mərhumun nənəsi açıqlama verib:
“Günorta yemək zamanı uşağı tapa bilmədim. Ətrafa baxdım, qışqırdım, lakin səs-soraq çıxmadı. Hovuzun yanına gəldiyimdə qara paltar suyun üzərində idi. Özümü suya atıb uşağı çıxartdım, amma artıq gec idi. Valideynləri boşanmaq ərəfəsindədir. Atası Rusiyada, anası isə Bakıda yaşayır. Bir həftə əvvəl uşağı mənə təhvil vermişdilər, amma anasız uşağa baxmağın çətin olduğunu demişdim.”

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Açar sözlər: Ucarda bədbəxt hadisə, 5 yaşlı uşaq boğulma, Rüfət İsmayılov, valideynləri boşanma ərəfəsində, Qaradağlı kəndi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45