Goranboyda münaqişə qanlı hadisə ilə nəticələndi: 42 yaşlı kişi bıçaqlandı
Agah.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq qəsəbəsində münaqişə zamanı 42 yaşlı Vahid Nağıyev bıçaqlanıb. Hadisəni törətməkdə Kəlbəcər rayon sakini, 24 yaşlı İsmayıl Süleymanovun şübhəli bilindiyi açıqlanıb.
Yaralı Vahid Nağıyev həyat yoldaşı ilə birlikdə öz avtomobilində xəstəxanaya çatmağa çalışsa da, yolda huşunu itirib. Bu səbəbdən avtomobil idarəetməni itirərək yoldan çıxıb və su kanalına düşüb. Daha sonra Vahid Nağıyev təcili tibbi yardım vasitəsilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli şəxs İsmayıl Süleymanov saxlanılıb. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.
Açar sözlər: Goranboy bıçaqlanma, münaqişə qanlı hadisə, Vahid Nağıyev yaralanma, İsmayıl Süleymanov saxlanıldı, avtomobil su kanalına düşdü.
(055) 436-46-45