Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıb
Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.
Agah.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.
Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45