“Təmizkar deyilsən” dedi, həyat yoldaşını döydü
Agah.az xəbər verir ki, Samux rayonunda ailə münaqişəsi zamanı həyat yoldaşına xəsarət yetirən 1981-ci il təvəllüdlü Nərimanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hadisə şəxsi münasibətlər zəminində kənd evində baş verib.
Məlumata görə, Nəriman gecə saatlarında uşaq altını islatdığı üçün həyat yoldaşı Vüsaləyə irad bildirib. Mübahisə zamanı Nəriman əsəbiləşərək Vüsalənin sol göz nahiyəsinə zərbə endirib və ona xəsarət yetirib. Hadisədən sonra zərərçəkmiş qadın evi tərk edərək Goranboy rayonunda yaşayan bacısının evinə sığınıb.
Nəriman məhkəmədə ifadəsində özünü təqsirli bilib və vurğulayıb ki, həyat yoldaşı ilə aralarında təmizlik məsələlərinə görə tez-tez mübahisələr yaranırdı.
Samux Rayon Məhkəməsinin hökmünə əsasən, Nəriman Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham olunaraq 240 saat ictimai işlər cəzasına məhkum edilib. Eyni zamanda, ona elektron nəzarət vasitəsindən istifadə etmək tələbi qoyulub.
Açar sözlər: Samux ailə münaqişəsi, ailə zorakılığı, məhkəmə prosesi, ictimai işlər cəzası, qəsdən sağlamlığa zərər vurma.
(055) 436-46-45