Lənkəranın sabiq baş memarı Elgün Abdullayevin cəzası artırıldı
Agah.az xəbər verir ki, Lənkəranın sabiq baş memarı Elgün Abdullayevin daha bir cinayət əməli üzrə məhkəmə prosesi yekunlaşıb. Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə çıxarılan hökmlə onun azadlıqdan məhrumetmə cəzası səkkiz il altı aya qədər artırılıb.
Hökmə əsasən, Elgün Abdullayev Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə ittiham olunaraq cəzalandırılıb. O, ərazilərin qanunvericiliklə tənzimlənməsinə dair qaydaları pozaraq torpaq sahələrinin qanunsuz tikinti üçün ayrılmasına və tikintiyə icazə verilməsinə görə məsuliyyətə cəlb edilib.
Eyni zamanda, sabiq baş memarın cəzası toplanılaraq ona iki il müddətinə dövlət və yerli idarəetmə orqanlarında təşkilati-sərəncamverici vəzifələr tutmaq qadağan olunub.
Qeyd edək ki, bundan əvvəl Elgün Abdullayev vətəndaşlardan külli miqdarda rüşvət almaqda təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi.
Açar sözlər: Lənkəran baş memarı, Elgün Abdullayev, qanunsuz tikinti, məhkəmə prosesi, cinayət əməli, rüşvət qalmaqalı, məhkəmə qərarı.
(055) 436-46-45