“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun təsdiqləndi

“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun təsdiqləndi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda təsdiq edilib. Qanun layihəsi prezidentin təqdimatı ilə parlamentə daxil olub.

Üç fəsil və 14 maddədən ibarət olan bu qanun Azərbaycanda mina əleyhinə və minatəmizləmə fəaliyyətlərinin təşkilinə və icrasına dair hüquqi tənzimləmələri əhatə edir. Lakin sənəd Azərbaycanın Silahlı Qüvvələrinin təhlükəsizliyi və müdafiəsi məqsədilə həyata keçirdiyi mina əleyhinə fəaliyyətə şamil olunmur.

Layihəyə əsasən, minatəmizləmə sahəsində təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi və insanların həyatına təhlükənin minimuma endirilməsi təmin olunacaq. Eyni zamanda, mina partlayışlarından zərərçəkmiş şəxslərə psixoloji və tibbi yardımlar “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsiz şəkildə göstəriləcək.

Bu fəaliyyət dövlət büdcəsindən ayrılan vəsaitlə və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Qanunun tələblərini pozan şəxslər müvafiq məsuliyyətə cəlb olunacaq.

Açar sözlər: Minatəmizləmə qanunu, mina əleyhinə fəaliyyət, Milli Məclis, təhlükəli ərazilər, psixoloji yardım, tibbi yardım, qanun layihəsi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45