“Qəzalarda dəymiş zərəri vətəndaş ya könüllü surətdə, ya da məhkəmə qaydasında ödəməlidir”-ŞƏRH

Dostuna göndər xəbərdən agah olsun:

Ölkə ərazisində yol qəzalarının sayında ciddi artım müşahidə olunub. Sürücülərin diqqətsizliyi, paytaxt Bakının “tıxac karvanı”na çevrilməsi kütləvi zəncirvari qəzaların yaranmasına səbəb olur. Xüsusilə sürücülərin tıxac zamanı ara məsafəsinə dair tələbləri pozması qəzaların yaranmasına şərait yaradır. Kiçik bir toqquşma, yaxın məsafə bir neçə avtomobilin eyni anda qəzaya uğramalarına səbəb ola bilir. Bu problemlə əlaqədar avtomobillərə dəymiş zərərlərin ödənişi məsələsi gündəmə gəlib. Zəncirvari qəzalarda sığorta sığorta ödənişləri necə tənzimlənir. Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov açıqlama verib:

“Zəncirvari qəzalarda sığorta ödənişləri “İcbari sığorta haqqında” qanun ilə tənzimlənir. ” icbari sığorta haqqında” qanunda qeyd olunur ki, hər hansı qəzada bir hadisə üzrə maksimum 5 min manata qədər məbləğdə əmlaka dəyən ziyan üzrə təyin olunur. 50 min manat dəyərində isə sağlamlığa dəymiş ziyan üzrə kompensasiya ödənilir. Bir hadisə də nə qədər avtomobil varsa həmin avtomobillər toplanır. Bununla yanaşı, avtomobillərin zərərləri bölünür. Dəymiş hər zərər üzrə faiz nisbəti çıxarılır. 5 min manat məbləğ bir neçə nəfərə bölünür. 5 mindən artıq olan məbləğ isə vətəndaşın özünə qarşı geri tələb etmək qaydasında vətəndaşın özü ödəməlidir. Həmin vətəndaş ya özü könüllü surətdə ödəməlidir, ya da məhkəmə qaydasında həyata keçirilməlidir”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45