Bakı şəhərində parklanma ərazisi zəbt edilib

Dostuna göndər xəbərdən agah olsun:

Bakı şəhərində parklanma ərazisi zəbt edilib.

AGAH.Az-ın məlumatına görə, Nəsimi rayonu Dilarə Əliyeva küçəsində maşınların parklanması üçün yaradılan ərazinin bir hissəsi çayxanaya çevrilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov AGAH.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə müvafiq qurumlarla birgə baxış keçirilib:

“Sahibkara xəbərdarlıq edilib. Parklanma ərazisini qanunsuz zəbt edənlərə qarşı İnzibati Xətalar Məcəlləsinin 354.0.4 maddəsi ilə 100 manat məbləğində cərimə tətbiq edilib”.

T.Orucov əlavə edib ki, qanunsuzluq aradan qaldırılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45