Azərbaycanda daha iki icra başçısının müavini vəzifəsindən azad olundu – YENİLƏNİB + FOTO
Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.
AGAH.Az-ın məlumatına görə, Bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Səriyyə Bağır qızı Qurbanova işdən çıxarılıb.
Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub.
Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.
Naxçıvan şəhər icra başçısının müavini işdən azad olunub.
AGAH.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini, İcra hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin müdiri Təhminə Vilayət qızı Mustafayeva işdən çıxarılıb.
(055) 436-46-45