Beyləqanda avtomobilin vurduğu piyada vəfat etdi
Agah.az xəbər verir ki, Beyləqan rayonunda avtomobil qəzası nəticəsində xəsarət alan piyada, 1959-cu il təvəllüdlü Mirsahib İbrahimov, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qəza 5 gün əvvəl baş verib və Mirsahib İbrahimov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Açar sözlər: Beyləqan avtomobil qəzası, piyada ölümü, Mirsahib İbrahimov, yol nəqliyyat hadisəsi, cinayət işi, Beyləqan xəbərləri.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45