13 yaşlı qız hədələnərək qızıl və pul oğurlamağa məcbur edildi
Agah.az xəbər verir ki, Bakıda 13 yaşlı qızın hədələnərək ailəsinin seyfindən bir kiloqrama yaxın qızıl və külli miqdarda pul oğurladığı məlum olub. Hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib.
Cəlilabad rayon sakini, 21 yaşlı Elgiz Məmmədov İnstaqram sosial şəbəkəsində tanış olduğu məktəbli Həliməyə (şərti adı) sevdiyini bildirərək onun etibarını qazanıb. Daha sonra o, qızı ayaqqabı mağazası açmaq adı ilə əvvəl 1000 manat, ardınca isə ailəsinin seyfindən 3 min dollar, 1500 manat və bir kiloqrama yaxın qızılı oğurlamağa məcbur edib. Qızın anasına ümumilikdə 82 min manat maddi ziyan dəyib.
Məlum olub ki, Elgiz Məmmədov oğurluq yolu ilə əldə etdiyi qızıl və pullardan istifadə edərək biznes qurub və mağaza açıb.
Zərərçəkən ailənin şikayətindən sonra hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Elgiz Məmmədov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Açar sözlər: Bakıda oğurluq hadisəsi, məktəbli qız hədələmə, qızıl oğurluğu, Xətai rayonu cinayət, Elgiz Məmmədov məhkəmə qərarı.
(055) 436-46-45