Bakıda doqquz yaşlı uşaq faciəvi şəkildə öldü
Bakının Xəzər rayonunda doqquz yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb.
Bu zaman 2014-cü il təvəllüdlü Ramiz Telman oğlu Cəlilli darvazanın altında qalıb.
Uşaq ağır bədən xəsarətləri alıb.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Fakt üzrə araşdırma aparılır.
Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45