Kabil partlayışında “Taliban” naziri Xəlil Rəhman Haqqani həyatını itirib
Agah.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Qaçqınlar Nazirliyində törədilən partlayış nəticəsində “Taliban” hökumətinin qaçqınlar üzrə naziri Xəlil Rəhman Haqqani həlak olub. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Hadisə zamanı Xəlil Rəhman Haqqaninin nazirlik binasında olduğu bildirilir. Hazırda partlayışın təfərrüatları barədə məlumat verilmir.
Məlumat üçün qeyd edək ki, Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri Siracəddin Həqqaninin yaxın qohumu və “Taliban”ın ali lideri Heybətulla Axundzadənin ən etibarlı adamlarından biri hesab olunurdu.
Açar sözlər: Kabil partlayışı, Taliban naziri Haqqani, Əfqanıstan qaçqınlar nazirliyi, Siracəddin Həqqani, Taliban hökuməti.
(055) 436-46-45