Abşeronda Pakistan vətəndaşı ürək çatışmazlığından həyatını itirdi
Agah.az xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ürək çatışmazlığı nəticəsində ölüm hadisəsi qeydə alınıb.
1975-ci il təvəllüdlü Pakistan vətəndaşı Saqlain Muhammad hamam otağında olarkən səhhəti qəflətən pisləşib və dünyasını dəyişib. İlkin məlumata görə, ölümə ürək çatışmazlığı səbəb olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.
Açar sözlər: Abşeronda ölüm, Pakistan vətəndaşı, ürək çatışmazlığı, Mehdiabad, cinayət işi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45