“Moskva Univermağı” əmək qanunvericiliyini pozduğuna görə cərimələndi
Agah.az xəbər verir ki, “Moskva Ticarət Mərkəzi” QSC (Moskva Univermağı) əmək qanunvericiliyini pozduğu üçün cərimələnib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən şirkət haqqında İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında protokol tərtib edilərək, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə prosesində hakim Anar İbadzadənin sədrliyi ilə şirkətə inzibati tənbeh tətbiq edilərək cərimə kəsilib.
Qeyd edək ki, əmək qanunvericiliyinin pozulması hallarında fiziki şəxslər 1000-2000 manat, vəzifəli şəxslər 3000-5000 manat, hüquqi şəxslər isə 20000-25000 manat məbləğində cərimə edilə bilər.
Xatırladaq ki, “Moskva Ticarət Mərkəzi” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1,283,758 manatdır və qanuni təmsilçisi Babayev Anar Sabir oğludur.
Açar sözlər: Moskva Ticarət Mərkəzi, əmək qanunvericiliyi pozuntusu, Nəsimi Məhkəməsi qərarı, Dövlət Əmək Müfəttişliyi Xidməti, cərimə.
(055) 436-46-45